- 5 Avqust 23:16
Çinin cənubundakı Guangdong əyalətinin Foşan şəhərində ağcaqanadlar vasitəsilə yoluxan çikunqunya virusuna yoluxanların sayı 7 mini ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.
Məlumata görə, Foşan şəhərində qeydə alınan çikunqunya virusuna yoluxma halları artmaqda davam edir.
Rəsmi şəxslər bildiriblər ki, yoluxmanın qarşısını almaq və nəzarət altına almaq üçün aparılan tədbirlər nəticəsində şəhər üzrə yeni yoluxma hallarının artım sürəti zəifləyib.
Xüsusilə virusun ən çox təsir etdiyi Şunde bölgəsində son 5 gündə yoluxma hallarında azalma müşahidə olunub.
Digər tərəfdən, Guangdongda əlverişsiz hava şəraitinin ağcaqanadların fəallığının artırdığı və təhlükənin hələ də davam etdiyi vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ağcaqanad sancması ilə yayılan bu virus yüksək hərarət və oynaq ağrıları ilə müşayiət olunur.
Virus nadir hallarda ölümə səbəb olur.
Hazırda xəstələrin müalicəsi üçün təsdiqlənmiş 2 peyvənd mövcuddur.
Şəbnəm Mehdizadə