Bu gün qeydə alınan ən qısa günlərdən biri ola bilər


  • 5 Avqust 16:54

Elm adamlarının apardığı hesablamalara əsasən, bu gün - 5 avqust tarixi qeydə alınan ən qısa günlərdən biri ola bilər.

E-huquq.az xəbər verir ki, bu barədə "Space.com" məlumat yayıb.

Məlumata görə, bu gün Günəş vaxtı ilə ölçülən standart 86 min 400 saniyəlik gün müddətindən 1,25 millisaniyə daha qısa olacaq.

Alimlər bu zaman fərqinin səbəbini hələlik dəqiqləşdirə bilməsələr də, bu günün 2025-ci ildə və ümumilikdə 1973-cü ildən bəri ən qısa günlərdən biri olacağı proqnozlaşdırılır.

Bu il daha əvvəl 9 iyul tarixi 1,23 millisaniyə, 22 iyul isə 1,36 millisaniyə qısa günlər kimi qeydə alınıb.

Hər nə qədər bu fərq insan tərəfindən hiss edilə bilməyəcək qədər kiçik olsa da, alimlər xəbərdarlıq edirlər ki, Yer kürəsinin fırlanma sürətindəki artım davam edərsə, 2029-cu ildən sonra bu fərq 1 saniyəyə və ya daha artıq səviyyəyə çata bilər.

Qeyd edək ki, indiyə qədər qeydə alınan ən qısa gün rekordu 5 iyul 2024-cü ilə aiddir. Həmin gün adi günə nisbətən 1,66 millisaniyə daha qısa olmuşdu.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər