- 5 Avqust 23:16
Rusiyanın Kamçatka bölgəsində yerləşən Kraşeninnikov vulkanı 1550-ci ildən bəri ilk dəfə püskürüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Uzaq Şərqində yerləşən Kamçatka yarımadasındakı vulkan 1550-ci ildən bəri ilk dəfə yenidən aktivləşib.
Vulkanın püskürməsi bölgədə baş verən güclü zəlzələdən yalnız bir neçə gün sonra qeydə alınıb. Hadisə regionda seysmik fəallığın artmasından sonra baş verib.
Vulkandan qalxan kül buludunun görüntüləri yayılıb.
Yerli sakinlərə ehtiyatlı olmaları tövsiyə olunub.
Hazırda ərazidə vulkanik aktivliyin səviyyəsi müşahidə altındadır.
Şəbnəm Mehdizadə