- 5 Avqust 23:16
Bolqarıstanın Harmanlı bölgəsində yerləşən Sakar dağının Radinçevo hissəsində, Dositeevo ilə Kolarovo kəndləri arasında güclü meşə yanğını baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə 60-dan çox yanğınsöndürən və 13 yanğınsöndürmə texnikası cəlb olunub.
Lakin istiqamətini dəyişən isti küləklər yanğınsöndürmə işlərini çətinləşdirir və alovun yayılma sürətini artırır.
İlkin ehtimallara əsasən, yanğının səbəbi bölgəyə sönməmiş siqaret kötüyünün atılması ola bilər.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Bölgədə yaşayan sakinlərə ehtiyatlı olmaları və ərazidən uzaq durmaları tövsiyə edilib.
Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Şəbnəm Mehdizadə