- 5 Avqust 23:16
Moskva Qərb Hərbi Məhkəməsində 22 mart 2024-cü ildə “Krokus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, proses zamanı zərərçəkənlərin dindirildiyi bildirilib.
Terror aktının birbaşa icraçılarından olan Şəmsiddin Fəriduni, Dalerjon Mirzəyev, Məhəmmədsobir Faizov və Səidəkram Rəçabalizoda cinayətlərində təqsirləri qəbul edib və əməllərindən peşman olduqlarını açıqlayıblar.
Xatırladaq ki, keçən il Rusiyanın paytaxtı Moskvada, “Krokus City Hall” konsert zalında “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl silahlı şəxslərin zal daxil olub tamaşaçılara atəş açması, atışma, partlayışlar və yanğın hadisələri ilə müşayiət olunmuşdu.
Bu terror aktı nəticəsində 149 nəfər həlak olub, 1 nəfər itkin düşüb və 609 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun nəticəsində dəymiş maddi ziyan təxminən 6 milyard rubl (130 280 994 manat) təşkil edib.