- 13:47
Türkiyənin Karabük vilayətinin mərkəzinə bağlı Yeşilköy kəndi ərazisində meşəlik sahədə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub.
Ərazinin yüksək və maili olması yanğının söndürülməsini çətinləşdirsə də, alovlara 3 helikopter, 58 texnika və 164 nəfərlik şəxsi heyət tərəfindən intensiv müdaxilə olunub.
Hazırda yanğın tamamilə nəzarət altına alınıb.
Ərazidə soyutma və qalıq alovların söndürülməsi işləri fasiləsiz şəkildə davam etdirilir.
İlkin məlumatlara görə, yanğından təxminən 3 hektar meşə sahəsi zərər çəkib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə