Hindistanda daşqınlar nəticəsində 100-ə yaxın insan itkin düşüb


  • 12:40

Dünən Hindistanın Uttarakhand əyalətinin Dharali rayonunda qəfil yağan leysan nəticəsində yaranan daşqın və torpaq sürüşməsindən sonra axtarış-xilasetmə işləri davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib, 100-ə yaxın insan itkin düşüb.

Rəsmilər axtarış-xilasetmə işləri çərçivəsində bölgəyə göndərilən 11 hərbçinin də itkin düşdüyünü, onlardan 2-nin daha sonra xilas edildiyini bildirib.

Daşqınlar səbəbindən yaşayış yerlərinə, evlərə ciddi ziyan dəyib.

Bir çox bölgələrdə tədris prosesi dayandırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər