İstanbulda hava ilə bağlı xəbərdarlıq edildi


  • 14:38

Türkiyənin İstanbul şəhərində güclü külək və leysan yağışları gözlənilir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fövqəladə Hallar Koordinasiya Mərkəzi (AKOM) şəhərdə bu axşamdan etibarən güclü şimal küləyi və leysan yağışlar barədə xəbərdarlıq edib.

Küləyin sürəti saatda 75 km-ə çatacaq, yağışlar isə əsasən cümə gününə qədər davam edəcək.

Şənbə günündən hava yenidən açıq və günəşli olacaq.

Vətəndaşlara qəfil sel, su basqını, nəqliyyatda gecikmələr, dəniz nəqliyyatında çətinliklərə qarşı ehtiyatlı olmaları tövsiyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər