Qayınatasına əsəbləşən gəlin əkin sahəsinə od vurdu


  • 14:43

Türkiyədə qayınatasına əsəbiləşən qadın əkin sahəsinə od vurub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın şəhərində baş verən yanğının ailədaxili mübahisə zəminində törədildiyi müəyyən olunub. Belə ki, kənd təsərrüfatı sahəsində çıxan və 30 sotluq ərazini əhatə edən yanğının səbəbi araşdırılarkən hadisənin şübhəli şəxsinin ailə üzvü olduğu üzə çıxıb.

Aparılan istintaq nəticəsində məlum olub ki, 40 yaşlı qadın qayınatası ilə yaşadığı torpaq mübahisəsinə görə əraziyə od vurub.

Şübhəli şəxs dərhal saxlanılıb və ilkin ifadəsində yanğını qəsdən törətdiyini etiraf edib. Onun sözlərinə görə, bu addımı ailədaxili mübahisəyə əsəbləşərək atıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları havadan və qurudan müdaxilə edərək alovu nəzarət altına alıblar.

Qısa müddətdə söndürülən yanğın nəticəsində əkin sahəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər