- 18:26
İndoneziyanın şərqində yerləşən Yava adasında yerləşən Semeru vulkanında iki güclü partlayış qeydə alınıb.
E-huquq.az "Antara News"a istinadən xəbər verir ki, Semeru vulkanını müşahidə edən mütəxəssislər ilk partlayışın yerli vaxtla səhər saat 05:24-də baş verdiyini bildiriblər. Partlayış nəticəsində vulkanın püskürtdüyü kül buludu təxminən 600 metr hündürlüyə qalxıb və şimal-şərq istiqamətində hərəkət edib.
İkinci partlayış isə eyni gün saat 10:08-də baş verib. Bu dəfə də vulkanik kül buludunun 600 metrədək yüksəldiyi müşahidə olunub.
Qeyd edək ki, İndoneziya "Sakit okean atəş halqası" adlanan zəlzələ və vulkan fəallığı zonasına daxildir. Ölkə ərazisində təxminən 130 aktiv vulkan mövcuddur və bu, onu dünyada ən çox aktiv vulkana sahib ölkələrdən birinə çevirir.
Hazırda ərazidə müşahidə və təhlükəsizlik tədbirləri davam etdirilir. Rəsmi qurumlar sakinləri ehtiyatlı olmağa çağırır.
Şəbnəm Mehdizadə