- 18:26
“ABŞ-ın Rusiya neftinin alıcılarına qarşı tətbiq etdiyi sanksiyalar elə Vaşinqtonun özünə zərbə vura bilər”.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə amerikaşünas politoloq Malek Dudakov xəbərdarlıq edib.
O izah edib ki, bu sanksiyalar ölkə daxilində qiymətlərin kəskin artmasına səbəb olacaq: “Rusiya neftinə qarşı dolayı rüsumlar tətbiq etmək cəhdi dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxaracaq. Rusiya neftin ən böyük tədarükçülərindən biridir və bizim neft-qaz ixracımızın hətta qısamüddətli azalması belə, bütün dünyada, o cümlədən ABŞ-ın daxili bazarında da qiymətlərin kəskin artmasına səbəb olacaq”.
Bundan əlavə, politoloq xatırladıb ki, ABŞ böyük həcmdə, xüsusilə də Hindistanın neft məhsullarını idxal edir və bu məhsulların bir hissəsi emal olunmuş Rusiya neftindən hazırlanır. Onun sözlərinə görə, məhz bu səbəbdən rüsumlar qaçılmaz olaraq Amerika yanacaq idxalçılarına, yəni yanacaq alıcılarına zərbə vuracaq.
Humay Eminqızı