Yaponiya əhalisi 908 min nəfər azalıb


  • 16:09

Yaponiya hökuməti ölkədəki Yapon vətəndaşlarının sayının əvvəlki ilə nisbətən təxminən 908 min nəfər azalaraq 120 milyon 653 min nəfərə endiyini açıqlayıb.

E-huquq.az "Kyodo News"a istinadən xəbər verir ki, Yaponiya 1968-ci ildən bəri əhali sayını mövcud metodlarla hesablayır. Bu il qeydə alınan azalma isə ölkənin tarixində ən böyük əhali itkisidir.

Ölkə əhalisi ardıcıl 16 ildir ki, azalmaqdadır.

Əhali sayının azalmasında cəmiyyətin qocalması və doğum səviyyəsinin aşağı düşməsi əsas səbəblər kimi göstərilir.

Yaponiyanın ümumi əhalisi isə açıq mənbələrdə 123 milyon 800 min nəfər səviyyəsində göstərilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər