Ədirnədə də meşə yanğını başlayıb


  • 17:18

Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda meşə yanğını başlayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın Sivritepe məntəqəsindəki meşəlik ərazidə başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb.

Hadisə yerinə dərhal yanğınsöndürən əməkdaşlar cəlb olunub.

Əlavə olaraq, ətraf vilayətlərdən də yanğınsöndürmə briqadaları dəstək üçün bölgəyə göndərilib.

Yanğının nəzarət altına alınması məqsədilə əməliyyatlara 5 yanğınsöndürmə təyyarəsi və helikopter də qatılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər