- 20:58
Kanadada davam edən meşə yanğınlarının yaratdığı tüstü buludları səbəbilə ABŞ-nin 11 ştatında milyonlarla insana hava keyfiyyəti ilə bağlı xəbərdarlıq edilib.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, Kanadadakı yanğınlardan qalxan tüstü ABŞ-ın bəzi bölgələrində göy üzünü tamamilə örtüb.
Rəsmilər bildiriblər ki, bu tüstü xüsusilə tənəffüs yollarında problemi olan insanlar, uşaqlar və yaşlılar üçün ciddi sağlamlıq riski yaradır.
Kanadada hazırda yüzlərlə meşə yanğını davam edir və onların əksəriyyəti hələ də nəzarət altına alınmayıb.
Şəbnəm Mehdizadə