İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzzadakı silah obyektinə zərbə endirdi


  • 18:26

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada HƏMAS-ın silah istehsalı obyektinə zərbə endirib.

E-huquq.az xəbər verir ki, bu barədə IDF-in mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, zərbədən əvvəl mülki əhaliyə ziyan vurma riskini azaltmaq üçün tədbirlər görülüb. Bu tədbirlər mülki əhalinin təxliyəsi ilə bağlı xəbərdarlıq, yüksək dəqiqlikli sursatlardan istifadə, əlavə kəşfiyyat məlumatlarının toplanmasından ibarət olub.

Qəzza zolağının şimalında qoşunlara atəşin açıldığı minaatan qurğu zərərsizləşdirilib.

Oxşar xəbərlər