- 6 Avqust 22:29
Rusiyanın Tver vilayətindəki hərbi bazasında Mi-28 hücum helikopteri partladılıb.
E-huquq.az xəbər verir ki, partlayışın məsuliyyətini "Ukrayna Xalq Müqaviməti" partizan hərəkatı öz üzərinə götürüb.
Bildirilir ki, partlayıcı qurğular helikopterə ukraynalı partizan tərəfindən yerləşdirilib .
Qeyd olunur ki, partizan Torjok şəhəri yaxınlığında yerləşən aviasiyanın ərazisinə daxil olub. O, uçuş-enmə zolağına yaxın açıq ərazidə dayanan Mi-28-in altına iki partlayıcı qurğu yerləşdirib.