- 6 Avqust 21:17
Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığından sonra bildirib.
"Tərəfdaşlarla ortaq mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır. Bu, ədalətli son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdi və mən onların hər birinə dəstəklərinə görə minnətdaram. Biz Moskvada səsləndirilən fikirləri (Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş nəzərdə tutulur - red.) müzakirə etdik", - Ukrayna Prezidenti söyləyib.
Zelenski vurğulayıb ki, Ukrayna öz müstəqilliyini mütləq qoruyacaq:
"Hamımızın uzunmüddətli və etibarlı sülhə ehtiyacı var. Rusiya özünün başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".