Fransada meşə yanğınları davam edir


  • 7 Avqust 12:46

Fransanın cənubunda, İspaniya sərhədinə yaxın Aude bölgəsində baş verən güclü yanğın 39,5 min hektardan çox meşə və çöl ərazisini külə çevirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı günorta saatlarında Ribaute kəndində başlayan yanğın isti, quru və küləkli hava səbəbindən sürətlə yayılıb.

Yanğın indiyədək bir nəfərin ölümünə, ən azı 13 nəfərin yaralanmasına, üç nəfərin itkin düşməsinə səbəb olub.

Yanğının söndürülməsinə 2100-dən çox yanğınsöndürən və çoxsaylı təyyarə cəlb olunub.

Kənd sakinləri təxliyə edilib.

Bölgədəki şərabçılıq və turizm sektorları yanğından ciddi ziyan görüb.

Ekspertlərin fikrincə, iqlim dəyişikliyi temperaturun artması və quraqlıq səbəbindən meşə yanğınlarını daha tez-tez və dağıdıcı edir.

Humay Eminqızı

Oxşar xəbərlər