Zelenski müharibəni bitirmək üçün üç şərti açıqladı


  • 7 Avqust 12:49

Prezident Volodimir Zelenski yaxın gələcəkdə həyata keçiriləcək beynəlxalq tərəfdaşlarla intensiv diplomatik işin üç prioritetini sadalayıb.

E-huquq.az UNİNA-a istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə bu gün sülh yolunda real irəliləyiş və Ukraynanın hər bir şəraitdə müstəqilliyinin təmin olunması üçün çoxsaylı zənglər və əlaqələrin qurulacağı gündür.

Xüsusilə, Zelenskinin Almaniya kansleri Fridrikh Merts ilə danışığı da nəzərdə tutulub.

"Biz Fransa və İtaliyadan olan həmkarlarımızla əlaqə saxlayacağıq. Milli təhlükəsizlik müşavirləri səviyyəsində də ünsiyyət olacaq. Mən bu xüsusi formatın bu gün keçirilməsi barədə göstəriş vermişəm", - Zelenski qeyd edib.

Ukrayna prezidenti əlavə edib ki, dünən ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə birgə söhbətindən sonra NATO-nun baş katibi Mark Rutte və Finlandiya prezidenti Aleksandr Stubb ilə də ayrıca danışıb.

“Prioritetlər tamamilə aydındır. Birinci qətllərin dayandırılmasıdır və məhz Rusiya atəşkəsə getməlidir. İkinci liderlər üçün elə bir format yaratmaqdır ki, görüş həqiqətən uzunmüddətli sülhə xidmət edə bilsin, üçüncü, uzunmüddətli təhlükəsizlik. Bu, ABŞ və Avropa ilə birlikdə mümkündür”, - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna heç vaxt müharibə istəməyib və sülh üçün mümkün qədər məhsuldar çalışacaq.

Humay Eminqızı

Oxşar xəbərlər