Moskvadan Soçiyə uçan təyyarə məcbur eniş etdi


  • 7 Avqust 13:14

Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Moskvadan Soçiyə uçarkən Həştərxanda məcburi eniş edib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, təyyarə mühərrikdə nasazlıq səbəbindən məcburi eniş edib.

Qeyd olunur ki, mühərriklərlə bağlı problemi göstərən sensor işə düşüb. Bununla yanaşı, aviaşirkətin özü baqaj bölmələrindən birində tüstülənmə baş verdiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər