- 12:23
“Instagram” istifadəçilərin daha çox ünsiyyət qurması üçün əhəmiyyətli yeniliklər tətbiq edib.
E-huquq.az xarici mətbuata istinadən xəbr verir ki, yeniliklər sayəsində “Instagram” istifadəçilərə başqalarının hər kəsə açıq olan paylaşımlarını və reels videolarını öz profillərində yenidən paylaşmağa icazə verir. Paylaşılan məzmunlarda orijinal məzmun müəllifinin adı mütləq görünəcək.
İstifadəçilər son aktiv olduqları yerləri istəyə bağlı olaraq dostları ilə paylaşa bilər. Bu xəritə üzərindən dostlarınızın və ya məzmun istehsalçılarının haradan paylaşım etdiyini də görə bilirsiniz. Funksiya standart olaraq deaktiv vəziyyətdə gəlir və yalnız istifadəçi icazə verərsə aktivləşir. Konum paylaşımını istənilən anda söndürmək mümkündür.
“Instagram” “reels”ə yeni "Dostlar" hissəsini əlavə edib. Burada dostlarınızın qarşılıqlı əlaqədə olduğu açıq paylaşımları görə biləcəksiniz.
Funksiya 2025-ci ilin əvvəlində sınaqdan keçirilməyə başlayıb. O, indi bütün dünyada bütün istifadəçilər üçün əlçatandır.
Humay Eminqızı