- 12:23
“Hobbit”in ilk nəşri 43 min funta satıldı
J.R.R.Tolkienin kült əsərinin ilk nəşrlərindən biri olan “Hobbit” İngiltərənin Bristol şəhərində ev təmizliyi zamanı tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, kitab hərracda 43.000 funta satılıb.
Açıq yaşıl parça ilə cildlənmiş kitabda Tolkienin ağ-qara illüstrasiyaları yer alır. Kitab məşhur Antarktika tədqiqatçısı Ser Raymond Edvard Priestlinin qardaşı, botanik Hubert Priestlinin ailə kitabxanasının yadigarı idi.
Qeyd edək ki, kitabı “Auctioneum” hərrac evi kəşf edib. Hərrac evi kitabın bu qədər yüksək qiymətə alıcı tapacağını gözləmirdi.
Nadir kitab mütəxəssisi Caitlin Riley bildirib ki, ilk baxışdan kitabın köhnə “Hobbit” nəşri olduğu açıq-aydın görünürdü, lakin onun əsl birinci nəşr olacağını gözləmirdilər.
Humay Eminqızı