Türkiyədə 45 qeyri-qanuni miqrant yaxalandı


  • 7 Avqust 14:32

Türkiyənin Muğla şəhərinin Marmaris rayonu sahillərində 45 qeyri-qanuni miqrant yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup qeyri-qanuni miqrantın rezin qayıqda olduğu barədə məlumat daxil olub. Dərhal əraziyə Sahil Mühafizəsi və rayon polis idarəsinin əməkdaşları göndərilib.

Əməliyyat zamanı rezin qayıqda 9-u uşaq olmaqla 26 qeyri-qanuni miqrant və 1 qaçaqçılığında şübhəli bilinən şəxs saxlanılıb.

Bundan əlavə, başqa bir rezin qayıqda da 5-i uşaq olmaqla 19 qeyri-qanuni miqrant ələ keçirilib. İnsan qaçaqçılığı ilə bağlı 1 nəfər şübhəli isə saxlanılıb.

Saxlanılan xarici vətəndaşlar hüquqi prosedurlardan sonra miqrasiya idarəsinə təhvil veriliblər.

Humay Eminqızı

Oxşar xəbərlər