- 12:23
İqlim dəyişiklikləri Pakistanda musson yağışlarının şiddətini və bu yağışların yaratdığı daşqınların sayını artırıb.
E-huquq.az xarici KİV-ə istnadən xəbər verir ki, "World Weather Attribution" (WWA) alimləri iqlim dəyişikliklərinin Pakistandakı yağışlara və onların intensivliyinə təsirini öyrəniblər.
Alimlərin açıqlamasına görə, qlobal hava temperaturu 1,3 dərəcə artdığından Pakistandakı yağışlar da 22 faiz daha intensiv olub.
Havanın isinməsi ilə yağışların şiddətinin artdığını müəyyən edən tədqiqatçılar bildiriblər ki, Pakistanda ötən ilin eyni dövrü ilə müqayisədə iyul ayında 36 faiz daha çox yağış yağıb.
24 iyun-23 iyul tarixləri arasında baş verən yağışları təhlil edən alimlər iqlim dəyişiklikləri səbəbindən yağışların 10-15 faiz daha şiddətli olduğunu üzə çıxarıblar.
Tədqiqatçılar yağışların güclənməsi ilə daşqınların da artdığını qeyd ediblər.
İyun ayından etibarən Pakistanda musson yağışları davam edir. 26 iyundan bəri ölkədə təsirli olan daşqın və güclü leysanlar nəticəsində 140-ı uşaq olmaqla 299 nəfər həlak olub, 715 nəfər isə yaralanıb.
Humay Eminqızı