- 12:23
ABŞ-ın Los-Anceles şəhərində yanvar ayında başlayan və minlərlə hektar ərazinin külə dönməsinə səbəb olan meşə yanğınları nəticəsində 440 nəfərin həyatını itirdiyi müəyyən edilib.
E-huquq.az xəbər verir ki, "JAMA Network Open"da dərc olunan tədqiqatda Los-Ancelesdə yanvar ayında başlayan yanğınlardan nəticəsində vəfat edən şəxslər araşdırılıb.
Tədqiqatçılar yanğın dövründə Los Ancelesda ölənlərin ölüm səbəblərini ötən ilin eyni dövrü ilə müqayisə ediblər.
Nəticələr göstərir ki, yanğınların baş verdiyi dövrdə ölüm halları əvvəlki illərə nisbətən təxminən 7 faiz artıb.
Bu ölümlərin bir qismi birbaşa ağciyər və ürək xəstəliklərinə bağlı olsa da, digərlərinin dializ və ya xərçəng müalicəsində gecikmələr kimi yanğından irəli gələn səhiyyə xidmətlərindəki fasilələr nəticəsində dolayı yolla baş verdiyi müəyyən edilib.
Tədqiqatçılar yanğınlar səbəbindən dolayı 440 nəfərin həyatını itirdiyini açıqlayıblar.
Los-Ancelesdə 7 yanvar səhər saatlarında Pacific Palisades bölgəsində başlayan Eaton, Hurst, Sunset və Woodley kimi ərazilərə yayılan meşə yanğınlarının törətdiyi ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.
Bundan başqa, 23 yanvarda Castaic gölü ətrafında başlayan yanğın isə 4 min hektardan çox sahəni əhatə edib.
Minlərlə hektarın külə çevrildiyi meşə yanğınlarında 30 nəfər həyatını itirib.
Humay Eminqızı