Hakan Fidan rusiyalı həmkarı ilə danışdı


  • 7 Avqust 15:57

Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə axşamı, avqustun 7-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

E-huquq.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, söhbət zamanı əsas diqqət Rusiya ilə Ukrayna arasında danışıqlarla bağlı son hadisələrə yönəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri agentliyə bildiriblər ki, görüşdə 2022-ci ilin fevralında başlayan münaqişənin həllinə yönəlmiş danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Hakan Fidan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik rolunu oynayıb, münaqişənin ilk aylarında sülh dialoqu təşəbbüsünü irəli sürüb və daha sonra - bu ilin may, iyun və iyul aylarında İstanbulda tərəflər arasında yenilənmiş danışıqlara ev sahibliyi edib.

Oxşar xəbərlər