- 12:23
Harvard Universitetinin apardığı araşdırma nəticəsində məlum olub ki, qızardılmış kartof istehlakı 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə artırır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, həftədə 3 dəfə qızardılmış kartof yemək diabet riskini 20 faiz, həftədə 5 dəfə yemək isə 27 faiz artırır.
Mütəxəssislərin fikrincə, təbii formada olan kartof sağlam seçim ola bilsə də, qızartma tərkibindəki nişastanın miqdarını artırır və qida dəyərini məhv edir. Bundan əlavə, qızartma zamanı istifadə edilən yağlar və əlavə edilmiş duzlar glisemik yükü artırır və diabet inkişaf riskini artırır.
Qeyd edək ki, İngiltərədə diabetli insanların təxminən 90 faizində 2-ci tip diabet var. Xəstəlik çox vaxt həyat tərzi və yemək vərdişləri ilə birbaşa bağlıdır.
Humay Eminqızı