Bolqarıstanda yanğınla mübarizə davam edir


  • 7 Avqust 17:22

Bolqarıstanın cənubundakı Sakar dağı bölgəsində yanğınla mübarizə davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində güclü külək yanğının söndürülməsini çətinləşdirib.

Yanğın dünən beynəlxalq Maritsa şossesini və onun yanından axan Maritsa çayını keçib.

İlkin ehtimala görə, yanğına səbəb əraziyə atılan siqaret kötüyü olub.

İki gündür davam edən yanğın 30 min hektar əraziyə yayılıb.

Bölgədə 4 yaşayış məntəqəsində qismən təbii fəlakət elan edilib.

Bolqarıstan Silahlı Qüvvələrinə məxsus iki helikopter, İsveçdən göndərilmiş iki təyyarə, 17 yanğınsöndürən maşın, çoxsaylı şəxsi heyət və könüllülər yanğının söndürmə işlərinə kömək edir.

Humay Eminqızı

Oxşar xəbərlər