- 12:51
Danimarkanın Koldinq şəhərində məktəbə silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 15 yaşlı şagird saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, polis hücum planının üç şagird tərəfindən birgə hazırlandığını bildirib. Digər iki şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.
Məktəbin avqustun 11-də ölkədə yay tətilinin bitməsinə az qalmış hədəfə alınacağı planlaşdırılmışdı.
Adam öldürməyə cəhddə ittiham olunan 15 yaşlı şübhəli məhkəmə qarşısına çıxarılıb və 4 həftə müddətinə müvəqqəti həbs edilib.
Qeyd edək ki, hər 3 şübhəli hücumu planlaşdırdıqları məktəb deyil, başqa məktəbin şagirdləridir.
Humay Eminqızı