İsrail Qəzzanı işğal planını təsdiqləyib


  • 11:06

İsrail Təhlükəsizlik Kabineti Baş nazir Netanyahunun Qəzza şəhərini işğal etmək planını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İsrail ordusu Qəzza zolağında bütün Qəzza şəhərini işğal etməyə hazırlaşır.

ABŞ mərkəzli “Axios” xəbər saytının xəbərinə görə, İsrail rəsmisi ordunun hazırladığı hücumun yalnız Qəzza şəhərini əhatə edəcəyini, qaçqın düşərgələrinə və ya digər ərazilərə yayılmayacağını bildirib.

Rəsminin sözlərinə görə, məqsəd oktyabrın 7-dək Qəzza şəhərindən bütün mülki əhalinin zorla çıxarılması və onları mərkəzi bölgə və ətraf rayonlardakı qaçqın düşərgələrinə yönəltməkdir.Bunun ardınca şəhərdə qalan HƏMAS üzvlərinə qarşı qurudan hücum başlanacaq və şəhər tamamilə mühasirəyə alınacaq.

Humay Eminqızı

Oxşar xəbərlər