Vaşinqtonda polislərin sayı artırılır


  • 12:03

Cinayətkarlığa qarşı mübarizə çərçivəsində gələn həftə Vaşinqtonda hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.

Məlumata əsasən, gücləndirilmiş hüquq-mühafizə qüvvələri şəhərin təhlükəsizliyinin təmin olunması məqsədilə ABŞ Park Polisinin rəhbərliyi ilə gecə yarısından etibarən küçələrdə patrul xidmətinə başlayacaq. Əməliyyat ilkin mərhələdə 7 gün davam edəcək və zərurət yaranarsa, müddət uzadıla bilər.

Bildirilib ki, hüquq-mühafizə orqanları xüsusilə turistlərin sıx olduğu ərazilərə və digər strateji nöqtələrə diqqət ayıracaq.

“The New York Times”ın məlumatına görə, yerli vaxtla saat 00:01-də başlayan yerləşdirmədə bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir.

Bundan əlavə, əməliyyata Amtrak və şəhərin Metro Dəmiryol Xidmətinin polis qüvvələri də cəlb olunub.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, Vaşinqton uzun müddətdir zorakılıqla mübarizə aparır və prezident Donald Tramp paytaxt sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə federal hüquq-mühafizə qüvvələrinin sayının artırılması barədə göstəriş verib.

Humay Eminqızı

Oxşar xəbərlər