Almaniyada gənc əhali nisbəti ən aşağı səviyyəyə düşüb


  • 12:23

Almaniyada 15-24 yaş arası şəxslərin ümumi əhali içindəki payı 2024-cü ilin sonuna olan məlumatlara əsasən 10 faizə enərək rekord dərəcədə aşağı səviyyəyə çatıb.

E-huquq.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Rəqəmlərə görə, gənc əhali sayındakı ciddi azalmanın qarşısı yalnız miqrant və qaçqın axını hesabına alınıb.

2021-ci ildən bəri gənclərin əhali içindəki payı sabit kimi görünsə də, rəsmilər bu sabitliyin əsas səbəbi kimi 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyaya gələn gənc miqrantları göstərirlər.

Məlumata görə, hazırda miqrasiya keçmişi olmayan gənclərin əhali içindəki payı cəmi 8,6 faiz təşkil edir. Əksinə, hər iki valideyni də miqrant olan gənclərin payı 20,7 faizlə ən böyük qrupu təşkil edir. Bu statistika Almaniyada gənc əhalinin demoqrafik strukturunun əsasən miqrasiya yolu ilə formalaşdığını göstərir.

Ərazi baxımından, Şərqi Almaniyada gənc əhali nisbətində azalma daha kəskin müşahidə olunur. Brandenburg, Mecklenburg-Vorpommern və Saksoniya-Anhalt kimi əyalətlərdə bu göstərici 9 faizdən aşağı düşüb. Qərbi Almaniyada isə Bremen, Hamburq və Baden-Württemberg əyalətlərind bu rəqəm 11 faizdən bir qədər yüksəkdir.

Federal Məşğulluq Agentliyinin prezidenti Andrea Nahles vəziyyətin milli iqtisadiyyata təsirinə toxunaraq bildirib ki, Almaniyada ixtisaslı işçi çatışmazlığı hələ də bizneslər üçün əsas problemlərdən biri olaraq qalır.

Humay Eminqızı

Oxşar xəbərlər