- 15:45
Keniyanın paytaxtı Nayrobidə təyyarə qəzaya uğrayıb.
E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, Afrika Tibb və Araşdırma Fonduna məxsus təyyarə paytaxt Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yaşayış massivindəki binaya çırpılıb.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım qrupları və mülki aviasiya orqanları cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Humay Eminqızı