ABŞ İranla əlaqəsi olan 18 şəxs və təşkilata sanksiya tətbiq edib


  • 15:25

ABŞ hökuməti İranın sanksiyalardan yayınmasına şərait yaratdığı iddia edilən 18 fiziki şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, sanksiyalar əsasən maliyyə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlara şamil olunur. Bildirilib ki, bu təşkilatlardan biri İranın təhlükəsizlik qüvvələrinə ictimai internetə çıxışı məhdudlaşdırmaq imkanı verib.

ABŞ Dövlət Departamenti vurğulayıb ki, Vaşinqton İranın sanksiyalardan yayınmaq, habelə qeyri-qanuni yollarla əldə edilmiş xarici vəsaitləri geri qaytarmaq cəhdlərinə qarşı mübarizəni davam etdirəcək.

Humay Eminqızı

Oxşar xəbərlər