Güclü maqnit qasırğası gözlənilir


  • 15:33

Avqustun 8-də Yer kürəsində G2-G3 səviyyəli maqnit qasırğası qeydə alınacaq.

E-huquq.az xəbər xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, maqnit qasırğası axşam saatlarında başlayacaq və avqustun 9-u səhərədək davam edə bilər.

Qeyd olunur ki, təbii hadisə radiorabitəyə, naviqasiya sistemlərinin fəaliyyətinə və meteohəssas insanların səhhətinə mənfi təsir göstərə bilər.

Maqnit qasırğasının yaranmasına avqustun 5-də baş vermiş güclü Günəş parlaması səbəb olub.

Humay Eminqızı

Oxşar xəbərlər