- 18:05
Türkiyənin sahil bölgələrində aparılan əməliyyatlar zamanı 13 qeyri-qanuni miqrant xilas edilib, 15 nəfər isə saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı rəsmi məlumat yayıb.
Bildirilib ki, Seferihisar sahillərində qeyri-qanuni miqrantları daşıyan rezin qayığın mühərrikində texniki nasazlıq yaranıb. Hadisə yerinə cəlb olunan xilasetmə qrupları 13 nəfər miqrantı xilas ediblər.
Digər əməliyyat Dikili şəhəri ərazisində həyata keçirilib. Sahil Mühafizəsi Mobil Radarı tərəfindən qeyri-qanuni miqrant qrupunun müəyyən edilməsindən sonra əraziyə Sahil Mühafizəsi Hüquq-Mühafizə Dəstək Qrupu və Rayon Jandarma Komandanlığının əməkdaşları göndərilib.
Əməliyyat nəticəsində 7-si uşaq olmaqla 15 qeyri-qanuni miqrant saxlanılıb. Onlar barəsində müvafiq prosedurlar tamamlandıqdan sonra Miqrasiya idarəsinə təhvil verilib.
Humay Eminqızı