- 18:05
Çinin şimal-qərbində yerləşən Qansu əyalətində son iki gündə yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri faciə ilə nəticələnib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətlər nəticəsində 10 nəfər həlak olub, 33 nəfər isə itkin düşüb.
İntensiv yağıntılar bölgədə ani sel və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə bəzi yaşayış məntəqələrində ciddi dağıntılar qeydə alınıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin baş vermiş hadisə ilə bağlı təcili olaraq əraziyə tam miqyaslı axtarış-xilasetmə işlərinin aparılması və selin fəsadlarının qarşısının alınması üçün müvafiq qurumlara göstəriş verib.
Güclü yağışlar eyni zamanda bəzi bölgələrdə elektrik və telekommunikasiya xidmətlərinin dayanmasına səbəb olub.
Hazırda axtarış və bərpa işləri davam etdirilir.
Humay Eminqızı