Çanaqqalada meşə yanğını başladı - Boğazda gəmi hərəkəti məhdudlaşdırıldı


  • 16:48

Türkiyənin Çanaqqala şəhərinin Sarıcaeli kəndində kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğının qarşısını almaq üçün əraziyə cəlb olunan yanğınsöndürən qruplar havadan və qurudan müdaxiləyə başlayıblar.

Hələlik səbəbi müəyyən edilməyən yanğın güclü küləyin təsiri ilə sürətlə yayılıb. Yanğının miqyasının böyüməsi və havadan müdaxilənin səmərəli aparılması məqsədilə Çanaqqala Boğazı şimaldan cənuba olmaqla tək istiqamətdə gəmi hərəkətinə bağlanıb.

Yanğının yaxınlıqdakı yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər gücləndirilib.

Əraziyə əlavə qüvvələrin və texnikanın göndərildiyi bildirilir.

Yanğının nəzarət altına alınması üçün mübarizə davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər