Putin Təhlükəsizlik Şurasını topladı


  • 16:54

Rusiya Prezidenti Vladimir Putin regional təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Təhlükəsizlik Şurasının iclasını keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin iclasa şəxsən rəhbərlik edib.

Toplantının əvvəlində çıxış edən dövlət başçısı gündəliyin əsas mövzusunun regional siyasətlər, təhlükəsizliyin təmin olunması və bu sahədəki problemlərin həlli yolları olduğunu bildirib.

"Bu gün regional gündəmin bəzi məsələlərini, regional siyasətləri, əlbəttə ki, ilk növbədə təhlükəsizliyin təmin olunmasını və mövcud problemlərin həllini müzakirə edəcəyik," - deyə Putin vurğulayıb.

İclas çərçivəsində Putin Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev və Federal Təhlükəsizlik Xidməti (FSB) rəhbəri Aleksandr Bortnikovun hesabat verməsini tələb edib.

Humay Eminqızı

Oxşar xəbərlər