- 18:05
Arxeoloqlar tərəfindən Misir fironu Tutanhamonun məzarından tapıldığı güman edilən, yaşı təxminən 3,400 il olan çəyirtkə fiquru Londonda keçirilən hərracda 450 min dollara satılaraq dünyanın ən dəyərli çəkirgesi statusunu qazanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 1922-ci ildə arxeoloq Hovard Karter tərəfindən aparılan qazıntılar zamanı aşkar edildiyi iddia olunan bu nadir eksponat, qanunsuz yolla Tutanhamonun məzarından çıxarıldığı da vurğulanır. Hərrac evi “Apollo Art Auctions”un açıqlamasına görə, 9 santimetr uzunluğunda olan çəyirtkə fildişi və ağacdan oyulub, fironun hakimiyyəti dövründə hazırlanıb və rənglənib.
Çəyirtkənin üzərindəki qara və mavi gözlər ona son dərəcə realistik görünüş verir. Bu unikal əsər 450 min dollarlıq qiymətlə yeni sahibini taparaq hərrac tarixində rekord qiymətə satılıb.
Humay Eminqızı