- 17:59
Sağlamlığa verdiyi saysız faydalar səbəbilə mütəxəssislər tərəfindən gündəlik istehlakı tövsiyə edilən meyvələr bu dəfə dünya üzrə istehlak miqyasına görə sıralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal istehsal və ticarət göstəriciləri ilə yanaşı, gündəlik qidalanmada da mühüm rol oynayan meyvələr arasında bəzi növlər digər meyvələri geridə qoyaraq ön plana çıxıb.
Hər bölgənin özünəməxsus sevimli meyvələri olsa da, dünyada istehlakı ən çox olan 6 meyvə bir çox insanı təəccübləndirib.
Qlobal miqyasda ən çox yeyilən və əvəzolunmaz sayılan meyvələr bunlardır:
1. Banan: İllik 179 milyon ton istehsal ilə dünya üzrə ən çox ixrac olunan meyvədir. İxracatın təxminən 20%-i yalnız banan aiddir. Tropik iqlimə sahib ölkələrdə geniş yayılması və ilboyu dünya bazarlarında mövcudluğu onun populyarlığını artırır. Asan yeyilməsi və yüksək enerji verməsi ilə hər yaş üçün ideal seçimdir.
2. Qarpız: İldə 104 milyon tondan çox istehsalla qarpız qlobal miqyasda ən çox istehsal olunan ikinci meyvədir. Sulu və şirin dadı ilə xüsusilə yay aylarının əvəzolunmazı sayılır. Yüksək su tərkibi sayəsində həm dadlı, həm də orqanizm üçün sərinləşdirici təsir göstərir.
3. Alma: İllik təxminən 97 milyon ton istehsalla alma bir çox ölkədə ən çox yeyilən meyvələr sırasındadır. Çində alma istehsalı xüsusilə böyük miqyasda həyata keçirilir. Fərqli iqlimlərə uyğunlaşa bilməsi və müxtəlif növlərinin olması alma istehlakını artıran əsas amillərdəndir.
4. Portağal: İllik istehsalı 75–76 milyon ton civarındadır. Zəngin C vitamini mənbəyi olması və təzə, həmçinin meyvə suyu kimi istehlakı onu geniş yayılmış edir. Turşməzə dadı və təravətləndirici təsiri ilə sevilir.
5. Manqo: İllik 55 milyon ton istehsal ilə manqo tropik və subtropik bölgələrin əvəzolunmaz meyvəsidir. Şirin, aromatik və ləzzətli dadı sayəsində dünya üzrə böyük populyarlığa malikdir. Son illərdə qlobal bazarda tələbatı xeyli artıb.
6. Üzüm: təxminən 55 milyon ton illik istehsalla üzüm də ilk altılıqda yer alır. Həm təzə meyvə kimi, həm də quru üzüm və şərab istehsalında istifadə olunur. Çeşidlərinin çoxluğu və zəngin dad xüsusiyyətləri ilə fərqlənir.
Humay Eminqızı