- 17:38
Rusiya prezidenti Vladimir Putin Moskvanı Ukrayna prezidenti Volodimir Zelenski ilə mümkün görüş üçün ən yaxşı yer adlandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat verib.
“Növbəti dəfə kimsə həqiqətən bizimlə görüşmək istəyirsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı, qəhrəman şəhər Moskvadır”, - Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
O vurğulayıb ki, Zelenski və Kiyev nümayəndələri Rusiya paytaxtına gəlməyə qərar verərsə, onlara təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Həmçinin Rusiya lideri Kiyevin təklif etdiyi məkanlarda görüş keçirmək çağırışlarını artıq hesab edib.
Humay Eminqızı