Lukaşenko 52 məhbusu əfv edib


  • 17:15

Belarus prezidenti Aleksandr Lukaşenko 52 məhbusu əfv edib.

E-huquq.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

"Bəli, bu gün Belarus prezidenti humanizm prinsiplərinə əsaslanaraq 52 nəfəri əfv edib. Məhkumların yaşı, səhhəti, ailənin birləşdirilməsi məsələləri də nəzərə alınıb", - katib bildirib.

Qeyd edək ki, məhbuslar ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koulun iştirakı ilə Minskdə aparılan danışıqlardan sonra azad olunublar.

Humay Eminqızı

Oxşar xəbərlər