Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu tibbi ləvazimatlar ala bilmir


  • 10:42

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun dispanserlər üçün tibbi ləvazimatların alınması məqsədilə elan etdiyi tender ləğv olunub.

E-huquq.az-ın məlumatına görə, tenderin ləğv olunmasına səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub.

Qeyd edək ki, sözügedən tenderin dəyəri 14.500,00 manat təşkil edirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər