Ukrayna ordusunu maliyyələşdirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb


  • 11:30

Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Rusiyanın Klimovsk şəhərində Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Müəyyən edilib ki, Rusiya vətəndaşı 2024-cü ilin yanvarından 2025-ci ilin aprelinə qədər Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı üçün istifadə edilən bank hesablarına pul köçürmələri edib.

Təqsirləndirilən şəxs hərbi əməliyyatlarda iştirak etmək üçün Ukrayna ərazisinə getmək niyyətində olub, həmçinin digər şəxsləri Rusiya Federasiyası Silahlı Qüvvələrinə qarşı çıxan birləşmələrə qoşulmağa razı salıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər