- 2 Oktyabr 23:46
Sorğulara əsasən, “Gürcü Arzusu” yerli seçkilərdə 64 bələdiyyənin hamısında böyük fərqlə qalib gələcək.
E-huquq.az xəbəri verir ki, bunu partiyanın sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müxalifət partiyaları məğlubiyyətlərini etiraf etmək istəmədikləri üçün sifarişləri əsasında aparılan seçkiqabağı sorğuların nəticələrini açıqlamır.
“Partiyamızın nəticəsi ölkə üzrə 60 faizdən yüksək olacaq. Tbilisidə isə bizim nəticəmiz təqribən 55 faiz təşkil edir. Kaxa Kaladzenin reytinqi isə 65 faizi üstələyir”, - Kobaxidze vurğulayıb.
Baş nazir həmçinin seçki günü ölkədə təxribatlara cəhdlərlə bağlı radikal qüvvələrə xəbərdarlıq edib. O qeyd edib ki, aksiyalar dinc şəraitdə keçirilməlidir, qanun pozuntusuna yol veriləcəyi halda dərhal sərt cavab veriləcək.
Xatırladaq ki, Gürcüstanda oktyabrın 4-də bələdiyyə seçkiləri keçiriləcək. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti səsvermə günündə ölkədə təxribatların planlaşdırıldığını bildirib.
Mənbə: APA