- 12:33
Avstraliyanın Sidney şəhərində “Bankstaun” aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə ştatın polisi məlumat verib.
Məlumata görə, qəza yerli vaxtla 13:30-da qeydə alınıb.
Helikopterdə 2 nəfər olub.
Onlardan 1-i hadisə yerində dünyasını dəyişib, digəri isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Humay Eminqızı