Evdə güclü yanğında ana və 2 övladı öldü


  • 14:55

Rusiyanın Kemerovo vilayətinin Topki şəhərində yaşayış evində güclü yanğın olub.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.

Əraziyə 14 yanğınsöndürən və beş texnika cəlb olunub.

Hadisə nəticəsində ana və 2 azyaşlı övladı həyatını itirib.

Yanğın 7 kvadratmetr ərazini əhatə edib.

İlkin məlumata görə, yanğın alovla ehtiyatsız davranma nəticəsində baş verib.

Əlavə hallar araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər