- 11 Noyabr 23:45
Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X"də yazıb.
"Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində hərbçilərimizin şəhid olması millətimizi kədərləndirib. Axtarış -xilasetmə qrupları təyyarəmizin qalıqlarını tapıb", - o bildirib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.