- 13:23
Venesuela prezidenti Nikolas Maduro ölkədə milli müdafiə komandanlıqlarının yaradılması barədə göstəriş verib.
E-huquq.az VTV dövlət televiziyasına istinadən xəbər verir ki, paytaxt Karakasdakı Miraflores sarayında çıxış edən Maduro Venesuelanın son 14 həftə ərzində davamlı psixoloji müharibəyə məruz qaldığını bildirib.
Maduro bəyan edib ki, o, ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi halında yerli müdafiəni təşkil etmək üçün milli müdafiə komandanlıqlarının yaradılmasına dair göstəriş verib.
"Silahlı qarşıdurma olarsa, hər məhəllədə, hər şəhərdə xalq müdafiəsi hazır olmalıdır. Gəlin müqəddəs irsimizi müdafiə etməyə həmişə hazır olaq, qələbə və zəfər üçün vətənpərvərlik və azadlıq yolunda addımlayaq" - deyə Maduro əlavə edib.
Milli müdafiə komandanlıqlarının digər məqsədi hərbi əməliyyatlara dəstək vermək və səfərbərlik elan edildikdən sonra əsas ictimai xidmətlərin və mühüm infrastrukturun fəaliyyətini təmin etməkdir.
Şəbnəm Mehdizadə